Kanada öz diplomatlarının ailə üzvlərini Ukraynadan çıxarır

Kanada öz diplomatlarının ailə üzvlərini Ukraynadan çıxarır. Buna səbəb  Ukrayna sərhədləri yaxınlığında rus qoşunlarının toplanmasıdır.

 

Reutersin məlumatına görə, Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

 

“Rusiya qoşunlarının Ukraynada və onun ətrafında toplanması və sabitliyi pozması səbəbindən biz səfirliyik əməkdaşlarının

18 yaşından kiçik uşaqlarını  və onları müşayiət edən ailə üzvlərini müvəqqəti olaraq geri çağırmaq qərarına gəldik”.

 

Ötən həftə ABŞ və Böyük Britaniya da öz diplomatlarını Ukraynadan çıxarmağa başlayıb.

 

Basta