Paşinyan koronavirusa yoluxub

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Paşinyan koronavirus testindən keçib və müsbət çıxıb.

 

Qeyd olunur ki, baş nazir müəyyən olunmuş qaydada özünü təcrid edir, xəstəlik simptomsuz keçir. Paşinyan öz fəaliyyətini onlayn həyata keçirəcək. Daha əvvəl o, koronavirusa qarşı peyvənd olunduğunu bildirib.

 

Basta