Məhkəmə Hafiz Məmmədovun (Havka) həbsi barədə qərar çıxarıb

Yasamal rayon məhkəməsi yanvarın 27-də məşhur biznesmen Hafiz Məmmədovun (Havka) böyük miqdarda vergi və məcburi sosial ödənişlərdən yayınma ittihamı ilə həbsi haqqında qərar verib.

 

Dövlət Vergi Xidmətinin məlumatına görə, faktiki olaraq Hafiz Məmmədova məxsus olan müəssisələrdə vergi və sosial ödənişlərdən yayınma halları aşkar edilib.

 

Bu faktlarla bağlı cinayət işi başlanıb. Turan agentliyinə hüquq-mühafizə orqanlarından bildiriblər ki, Məmmədov həbs edilib.

 

Bu şəxsin adı bir neçə dəfə müxtəlif qalmaqallı hadisələrdə hallanıb. Müxtəlif illərdə inşaat, ticarət sahəsində ondan çox firma və şirkət, həmçinin “Bakı” futbol klubu ona məxsus olub.

 

2014-cü ildə o, İngiltərənin ikinci liqasında “Şeffild Uensdey” futbol klubunu alıb.

 

2016-cı ildə o, Fransanın “Lans” klubunu alıb. Sonradan o, maliyyə problemləri ilə əlaqədar bu və digər aktivlərindən məhrum olub.

 

Hazırda Hafiz Məmmədovun harada olduğu məlum deyil.

 

Turan