Putinin Ukraynaya qarşı müharibə avantürasına Rusiya ziyalılarından etiraz

Rusiya rəhbərliyindəki Müharibə Partiyasına qarşı olduqlarını bəyan edən Rusiyanın onlarla nüfuzlu ictimai-siyasi xadimi, elm, mədəniyyət və incəsənət adamı Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı kəskin bəyanat veriblər.
.
Aralarında Rusiya Elmlər Akademiyasının üzvlərinin, professorların olduğu bəyanat müəllifləri Rusiya vətəndaşlarını Rusiyanın xarici siyasət xəttinə çevrilmiş kriminal avantürizmin girovu adlandırıblar: “Ölkəni inkişaf etdirmək, vətəndaşlarının həyat səviyyəsini yüksəltmək əvəzinə insanları aldadır, Qərblə “müqəddəs müharibə” ideyasını cəmiyyətə sırımağa çalışırlar”.
.
Bəyanat müəllifləri hesab edir ki, bu siyasətin bədələni sadə insanlar ödəyəcəklər.
.
Müharibənin Rusiyanın maraqlarına uyğun olmamaqla yanaş,  onun mövcudluğu üçün təhlükə hesab edən bəyanat müəllifləri siyasi rəhbərliyin bu çılğın hərəkətlərinin Rusiyada kütləvi müharibə əleyhinə hərəkatın formalaşmasına gətirib çıxaracağını qeyd edirlər.
.
Sonda isə qeyd edilir ki, müharibənin qarşısını almaq üçün bəyanat müəllifləri əllərindən gələni edəcəklər.
.
P.S. Belə görünür ki, müharibə avantürası Putinin əleyhinə işləməyə başlayıb.
.