“X” İranın hökumət mediasına məhdudiyyətlər tətbiq etdi

“X” sosial platforması, PressTV, Əlaləm, Hispan TV, Təsnim, İRNA, Mizan və İranın informasiya mərkəzi də daxil olmaqla İran hökumətinin bir sıra media qurumlarının hesablarından mavi və qızılı təsdiq nişanını silib.

Bu barədə “X”-in bəyanatında ildirilib.

Bu nişanların silinməsi “X”-in sanksiya tətbiq edilən qurumlara xidmət göstərməsi ilə bağlı xəbərin dərcindən sonra baş verib.

İran mediası məlumatı təsdiq edib və bunun İsrail lobbisinin təzyiqləri nəticəsində baş verdiyini iddia edib.

Qeyd edək ki, adları çəkilən media qurumları ABŞ-in sanksiyaları siyahısına daxil edilib.

GünazTV