Müsavat Divanının gündəliyi

Fevralın 7-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda qərarların icrası və görülən işlər barədə məlumat dinlənilib.

 

Fevralın 27-də saat 15:00-da Müsavat Məclisinin onlayn formatda sessiyasının keçirilməsi barədə qərar qəbul edilib.

 

Qeyd edilib ki, koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərin tədricən azaldığı bu mərhələdə partiya nizamnaməsinə uyğun olaraq rayon təşkilatlarının konfransları keçirilməlidir.

 

Yuxarı Qarabağ ərazisindən Azərbaycanın yaşayış məntəqələrinin yenidən atəşə tutulması, eləcə də Azərbaycana aid yük maşınlarının separatçı rejimin “polisi” tərəfindən yoxlanılması Rusiyanın sülhməramlı qüvvələrinin öz mandatlarına uyğun olan vəzifələrini yerinə yetirə bilməməsinin sübutu kimi qiymətləndirilib.

 

Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun Polşa parlamentinin qərarı ilə Nobel mükafatına namizəd irəli sürülməsi təqdir olunub.

 

Ukrayna ətrafında baş verən hadisələrin və Rusiyadakı siyasi böhranın Azərbaycana mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb.

 

Sonda cari məsələlər müzakirə olunub.

 

Basta