Arif Hacılı: “Görünür iqtidarı Azərbaycanın 180 ölkə arasında 167-ci olması da qane etməyib”
İlham Əliyev cəmiyyətdə narazılıqla qarşılanan, hakimiyyət yandaşı olmayan əksər mediya nümayəndələri, nüfuzlu beynəlxalq qurumlar tərəfindən yenidən baxılması tələb edilən “Mediya Haqqında” qanunu imzalayıb.
Görünür iqtidarı ötən il Azərbaycanın Dünya Mətbuat Azadlığı indeksinə görə 180 ölkə arasında 167-ci olması da qane etməyib.
Yeni qəbul edilmiş qanun ölkədə onsuz da ağır durumda olan söz və ifadə azadlığının vəziyyətini bir qədər də pisləşdirəcək.
Yeni qanun sosial media da daxil olmaqla bütün media sektorunu, nəzarətdə saxlamaq üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verəcək, jurnalistlərin işini həddən artıq çətinləşdirəcək, mediya qurumlarının maliyyə və hüquqi fəaliyyəti məhdudlaşdırılacaq.
…İlham Əliyev ötən həftə demişdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələyə keçir.
Beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklərə əməl etməyən, Aİ İnsan Haqları komissarının çağırışına məhəl qoymayan, ATƏT in, Avropa Şurasının fundamental insan haqlarına dair tələb və tövsiyələrinə rişxəndlə yanaşan bir hakimiyyət Azərbaycanın sivil dünya, həmçinin Avropa İttifaqı ilə normal münasibətlərinin qurulmasına nail ola bilməz.
Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.