Qazaxstanda “Yanvar qırğını” qurbanları yad edildi, Tokayevin istefası tələb olundu
Almatada onlarla insan (“Orda”nın məlumatına görə, bir neçə yüz nəfər) hakimiyyətin qadağasına baxmayaraq, yanvar hadisələri zamanı həlak olanların xatirəsini yad etmək və məhbuslara işgəncələrə son qoyulmasını tələb etmək üçün Respublika meydanına toplaşıb.
Azadlıq Radiosunun yerli bürosunun məlumatına görə, etirazçılar yanvar hadisələri zamanı öldürülən və işgəncəyə məruz qalanların şəkillərini, eləcə də, “Tokayev, get. Bütün ölkə sənə nifrət edir” şüarını qaldırıblar.
Etirazçılar “Elşaşı” Nursultan Nazarbayevin mühakimə olunmasını, prezident Qasım-Jomart Tokayevin istefasını və növbədənkənar prezident seçkilərinin elan olunmasını tələb edirlər.
Rəsmi məlumatlara görə, yanvar etirazları zamanı 200-dən çox insan həlak olub.
Basta