ABŞ səfiri Tofiq Yaqublu və Fuad Qəhrəmanlının vəkillərilə görüşüb
Müxalifətçi siyasətçi Tofiq Yaqublunun vəkili Nemət Kərimli və AXCP üzvü Fuad Qəhrəmanlının hüquqlarını müdafiə edən Bəhruz Bayramov cümə axşamı ABŞ səfiri Li Litsenberq ilə görüşüblər.
B.Bayramov Turan agentliyinə bildirib ki, bir saat yarım davam edən görüş zamanı insan hüquqları, siyasi məhbus problemi, vəkillik fəaliyyəti və ombudsman institutunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
“Siyasi məhbuslar mövzusunun müzakirəsi zamanı Tofiq Yaqublu və Fuad Qəhrəmanlının hüquqlarının müdafiəsi ilə bağlı məsələlər diqqət mərkəzində olub”, – B.Bayramov bildirib.