Ermənistan-Gürcüstan sərhədində güclü zəlzələ olub

 

Ötən gecə, yerli vaxtla saat 22:25-də Tbilisidən 58 kilometr aralıda Sameba kəndi yaxınlığında (Samtsxe-Cavaxeti bölgəsi) 6,2 bal gücündə zəlzələ baş verib.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 

Yeraltı təkanlar 5 bal gücündə Ermənistanda da hiss olunub.

 

Azərbaycanda isə təkanların gücü bir qədər az – 3,5 olub.

 

Zəlzələ Gəncə ilə yanaşı, Samux, Qazax, Tovuz, Ağstafa Şəmkir, Daşkəsən və digər ərazilərdə də hiss olunub.

 

Basta