Milli fəallar həbsxanadan müalicəyə buraxılmış Abbas Lisani ilə görüşüb – FOTOLAR

 

Saxlanıldığı Ərdəbil həbsxanasından tibbi məzuniyyətə buraxılan Milli Hərəkatın əsas simalarından biri, siyasi məhbus Abbas Lisani  milli-siyasi fəallarla görüşüb. 

Görüşdə milli fəallar onun sağlıq durumu ilə maraqlanıb, Güney Azərbaycanda, bütövlükdə ölkədə baş verən ictimai-siyasi proseslərdən danışılıb.

 

Qeyd edək ki, Güney azərbaycanlı milli fəal, siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevral, yerli vaxtla axşam saat 19:10-da 6 ay müddətinə tibbi məzuniyyətə buraxılıb.

 

Lisanini müayinə edən və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun fəqərə sütununda ciddi problemlərin olduğunu, uzun müddətli müalicəyə ehtiyacı olduğunu qeyd ediblər.

 

“Ona altı ay müddətində cəzaçəkmə müəssisəsindən kənarda müalicə imkanı verilməli, bu müddət ərzində lazımi tibbi prosedurlar və cərrahi əməliyyatlar aparılmalı, qeyd olunan müddət bitdikdən sonra yenidən müayinəyə göndərilməlidir”-deyə, həkimlərin rəyində bildirilib.

 

 

gun az article

 

Bir 2 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

 

Bir 7 nəfər, saqqal, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər

 

Bir 3 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər

 

Gunaz TV