Ukraynada ağır döyüşlər gedir: “Bir dənə də yaxşı xəbər var”

 

Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Maryana Bezuqlaya fevralın 26-da səhər saat 4:26-a olan Kiyevdəki vəziyyətlə bağlı danışıb.

 

O, bu barədə Facebook-da məlumat verib.

 

“Ukrayna Silahlı Qüvvələri Rusiyanın təxribat və kəşfiyyat qruplarını Kiyevdən sıxışdırıb çıxarır. Döyüşlər davam edir”, – o deyib.

 

Fevralın 26-na keçən gecə Kiyevin bir sıra rayonlarında partlayış səsləri eşidilib.

 

Beresteyskayada işğalçılar hərbi hissəni ələ keçirməyə cəhd ediblər, lakin Ukrayna Silahlı Qüvvələri onların qarşısını alıb.

 

Vasilkov şəhərində də qanlı döyüşlər gedir. Şəhər meri Natalya Balasinoviç bildirib ki,  işğalçılar raket zərbələri endirir, Ukrayna Silahlı Qüvvələri arasında ölənlər var.

 

Şəhərin kənarındakı çöllərə coxlu rus desantının  atıldığı bildirilir.

 

Balasinoviç bildirib ki, hava hücumundan müdafiə qüvvələri desant gətirən bir düşmən təyyarəsini və helikopteri məhv edib.

 

O, əlavə edib ki, hazırda şəhərin mərkəzi küçəsində döyüşlər gedir.

 

“İtkilərimiz var. Çoxlu yaralılarımız var. Təəssüf ki, ölənlərimiz də var”, – Balasinoviç  əlavə edib.

 

“Bir dənə də yaxşı xəbərimiz var, amma bunu efirdə deyə bilməyəcəm”  – deyə, mer vurğulayıb.

 

Basta