Zelenski yeni video paylaşdı
Ukrayna prezidenti Vladimir Zelenski paytaxtdakı ofisinin qarşısında çəkilmiş yeni videonu paylaşıb. Kiyevdə qalacağını deyən Zelenski “Saxta xəbərlərə inanmayın. Mən buradayam. Silahlarımızı yerə qoymayacağıq” deyib.
Tiwtter sosial media hesabından video mesaj yayımlayan Zelenski aşağıdakı ifadələrdən istifadə edib:
“Hər kəsin sabahı xeyir. Yalan xəbərlərə inanmayın. Mən burdayam. Silahımızı yerə qoymayacağıq. Dövlətimizi qoruyacağıq. Silahımız bizim gücümüzdür. Bu bizim torpağımızdır. Vətənimizi, övladlarımızı biz qoruyacağıq”.
Qeyd edək ki, ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya tərəfindən tutulması və ya öldürülməsinin qarşısını almaq üçün onun Kiyevdən çıxarılmasını təklif edib, lakin Zelenski bu təklifə mənfi cavab verib.
Не вірте фейкам. pic.twitter.com/wiLqmCuz1p
— Володимир Зеленський (@ZelenskyyUa) February 26, 2022
Basta