İki Krım tatar fəalı saxlandı

 

Krım tatar fəalları Emil Emirov və Nəsrulla Seydəliyev işğal olunmuş Krımda saxlanılıb.

 

Bu haqda “Krım Tatar Resurs Mərkəzi” QHT İdarə Heyətinin sədri İskəndər Bariyev məlumat yayıb.

 

Baxçasaray sakini Emirov, həyat yoldaşının dediyinə görə, “dövlətə xəyanətdə və Ukrayna agentləri ilə əlaqədə” ittiham olunub. Həmin şəxs “Krımtelekom” səhmdar cəmiyyətinin rəhbərinin müavini işləyib.

 

İkinci saxlanılan şəxs 62 yaşlı Novoalekseevka sakini, Krım tatarı Nəsrulla Seydəliyevdir. O, Rusiya Federasiyasında “qanunsuz” birləşmədə iştirak etməkdə ittiham edilərək təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Seydəliyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci maddəsinin 2-ci hissəsi (“Qanunsuz silahlı birləşmədə iştirak”) ilə ittiham edilərək Simferopolda saxlanılıb.