Azərbaycanla Rusiya arasında hava əlaqəsi dayandırıldı
Martın 6-dan etibarən Rusiya aviaşirkətlərinin Azərbaycana uçuşları qeyri-müəyyən müddətə təxirə salınır, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Bu, ABŞ və Avropa İttifaqının Rusiya Federasiyasına və onun istifadə etdiyi Qərb istehsalı olan təyyarələrə qarşı tətbiq etdiyi beynəlxalq sanksiyalarla bağlıdır.
Bu məhdudiyyətlər Azərbaycanın milli aviaşirkətləri – AZAL və “Buta” ya də təsir edib. Onlar martın 6-da saat 8:00-dan Rusiyaya bütün uçuşları dayandırır.
AZAL xəbər verir ki, ləğv edilən reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya da pullarını geri ala bilərlər.