Rusiya Nikolayev şəhərini raket atəşinə tutdu

Martın 7-də səhər saatlarında işğalçılar Nikolayevi çoxsaylı raket sistemlərindən atəşə tutublar.

 

“Ukrayna 24” yerli sakinlərə istinadən xəbər verir ki, partlayış səsləri şəhərin bütün rayonlarında eşidilir.

 

Sakinlər sosial şəbəkələrdə yazır ki, bəzi ərazilərdə işıqlar və internet kəsilib.

 

Daha əvvəl Nikolaevin meri Aleksandr Senkeviç bildirib ki, rus işğalçıları şəhəri hər tərəfdən mühasirəyə alıblar.

 

Basta