Seyran Ohanyan: “Yerevan-Gorus yolu Azərbaycanın nəzarətindədir”

“Yerevan-Gorus magistralı faktiki olaraq azərbaycanlıların nəzarətindədir”. “Hayastan” fraksiyasının rəhbəri, Ermənistanın keçmiş müdafiə naziri  Seyran Ohanyan bunu bu gün keçirdiyi mətbuat konfransında deyib. “Bütün bunlar, ilk növbədə, Ermənistanın indiki hakimiyyətinin uduzaraq, məğlubiyyətlə barışması ilə bağlıdır”.

 

Ohanyanın sözlərinə görə, Azərbaycan konkret addımlar ataraq Ermənistanın  ərazilərinə getdikcə daha dərindən nüfuz etməyə çalışır.

 

“Bu, xüsusilə Sünik bölgəsində, Qafan-Gorus yolunda yeni gömrük postlarının yaradılması, İşxanəsərdən Cermuka qədər mövqelərin irəliləməsi ilə nəzərə çarpır. Bu gün Yerevan-Gorus avtomobil yolu azərbaycanlıların nəzarətindədir” – deyə, fraksiya rəhbəri vurğulayıb.

 

Basta