Ukrayna hərbçiləri iki minə yaxın işğalçını əsir götürüblər
Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko 2022-ci il fevralın 24-dən bəri Ukraynada iki minə yaxın rus əsgərinin əsir götürüldüyünü bildirib.
“Rus əsgərləri komandirləri tərəfindən aldadılıb, onlara Ukrayna ilə döyüşəcəkləri barədə heç nə deməyiblər” – Geraşenko bildirib.
O deyib ki, çox vaxt atışmalardan sonra bir çox rus işğalçıları meşələrə və tarlalara səpələnib və burada Ukrayna əsgərləri tərəfindən saxlanılıb.
Geraşenko həmçinin qeyd edib ki, Rusiyanın Ukraynada əsir götürülən hərbçiləri ilə yaxşı rəftar olunur, onların məcburi müharibəyə göndərildiyini başa düşürlər.
Basta