ABŞ Rusiyadan neft alışını dayandırır

ABŞ prezidenti Co Bayden ABŞ-ın Rusiya neftinin alışını dayandıracağını rəsmən bəyan edib.

 

“Biz Putinin apardığı müharibəni subsidiya etməyəcəyik”, – Amerika lideri bildirib.

 

 

O, həmçinin vurğulayıb ki, ABŞ Avropadakı müttəfiqlərinin Rusiyadan enerji idxalına qoyulan qadağaya qoşula bilməyəcəklərini başa düşür. Onun sözlərinə görə, Rusiyadan neft və qazın alınmasını dayandırmaq qərarı ABŞ-ın özünə zərbə vuracaq, lakin Vaşinqton bu addımı atmalı olduğuna inanır.

 

“Putinin müharibəsi bizim üçün baha başa gələcək. Amma indi qazanc əldə etmək vaxtı deyil. Biz özümüzdən asılı olanı etməliyik” – deyə, Bayden vurğulayıb.

 

 

O vurğulayıb ki, ABŞ mümkün qədər tez “təmiz enerji”yə keçməlidir: elektromobillərin tətbiqi və s. Onun sözlərinə görə, bu, “gələcəkdə benzinin qiymətindən narahat olmamağa” imkan verəcək.

 

 

Prezident bildirib ki, ABŞ və müttəfiqləri gündəlik olaraq Ukraynaya silah çatdırmaqda və humanitar yardımı artırmaqda davam edir.

 

Böyük Britaniya səlahiyyətliləri ölkənin 2022-ci ilin sonuna qədər Rusiyadan neft məhsullarının idxalını dayandıracağını açıqlayıb. Bu barədə Böyük Britaniyanın sənaye naziri Kvazi Kvartenq “Twitter” səhifəsində məlumat verib.

 

Basta