Bu gün məni Əbdül sevdi
Hər bir rayon və kəndin miskin, yazıq, ağıldan yüngül, dildən kəm bir ,,dəlisi” olur.
Bizim rayonun da bir Əbdülü var. Əyni başı təmiz, başını yelləyə-yelləyə yeriyib, hamının qabağına qaçıb qəpik istəyən Əbdülü.
Bu gün qarşımı kəsdi.
– Mənə qəpik verərsən, qəpik istirəm, qəpik.
-Necə qəpik istirsən.
-20 qəpik ver, qəpik istirəm.
-Kağız pul verim sənə?
-Yox mən qəpik, istirəm, qəpik.
-Yaxşı bu gün sənə qəpik yox, 10 manat verəcəm.
Cüzdanımdan pulu çıxaranda əlimi geri itələdi.
-Bu çoxdu, mən qəpik istirəm, qəpik.
-Bax Əbdül bu 10 manat cibinə qoy evdə anana ver. Sənə 50 qəpik də verirəm.
-Niyə? Sən varlısan? Çoxdu pulun?
-Yox, bu gün qadınlar bayramıdır və mənə qardaşlarım hədiyyə əvəzi pul veriblər. Ordan 10 manatı sənə verirəm.
-Sən mənə yenə də qəpik verərsən?
-Verərəm.
Getdi, 3 addım atıb geri çevrildi, mırıq dişlərini görsədib bərkdən güldü.
-Mən səni çox istirəm. Sən mənə həmişə qəpik verirsən.
-Mən də səni cox istirəm ay Əbdül. Get evə.
Bu gün 8 martda Əbdüldən sevgi qazandım.
Kəramət demiş, Allah Elmar Nəsirovun, Siyavuşun, Putinin, Lavrovun ömründən kəsib sənin ömrünə calasın, ay Əbdül.
Yazı Leyla Qəbləyevanın feysbuk hesabından götürülüb.
Basta