Azərbaycan mövqeləri yenə atəşə tutulub

Martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüb.

 

Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti  Azərbaycan bölmələrinin tam nəzarəti altındadır.

 

Basta