Mariupolda Rusiyanın 6 tankı, 2 zirehli maşını məhv edilib, 12 işğalçı əsir götürülüb

“Azov” hərbi alayı Mariupolda şiddətli döyüşlər zamanı düşmənin 6 tankını, 2 zirehli transportyorunu və 1 “Pələng”ini məhv edib, həmçinin 12 işğalçını əsir götürüb.

 

Bu haqda Ukrayna mediası Azov alayına istinadən məlumat yayıb.

 

“Döyüş nəticəsində Azov alayının tank rotasının komandiri öz tankında düşmənin 3 T-72 və 1 zirehli maşınını məhv etdi. Ümumilikdə “Azov” alayı 6 tankı və 2 zirehli maşını məhv edib. 12 rus hərbçisi əsir götürülüb” – deyə, məlumatda bildirilir.

 

Mariupolda şiddətli döyüşlər artıq bir həftədir davam edir. Yarım milyonluq şəhər Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb.