Bayden Ukraynanın hava məkanının qorunması üçün 800 milyon dollar ayırdı

Rusiya iqtisadiyyatına təzyiqləri davam etdirəcəklərini ifadə edən ABŞ prezidenti Co Bayden deyib ki, Rusiya prezidenti Vladimir Putinin öz əməllərinin bədəlini ödəyib mövqeyini itirməsi üçün əlindən gələni edəcək.

 

Baydenin açıqlamaları belədir:

 

“Biz qətiyyətliyik, Putin bunun əvəzini çox ağır ödəyəcək. Qarşıdakı günlərdə daha da çox işlər görəcəyik. Biz Rusiya iqtisadiyyatının belini qırırıq. Biz təmin edəcəyik ki, Putin heç vaxt Ukraynada qələbə qazanmayacaq. Biz Putinin işğal təhdidini çox ciddi qəbul etdik. Mən Ukraynanın təhlükəsizliyini təmin etmək üçün yeni əmr verdim, səlahiyyətimdən istifadə edərək 800 milyon dollarlıq yeni dəstək paketi ayırdım. Bu yardımla Ukrayna öz hava məkanını qoruya biləcək”.

 

Basta