Ruslar Mariupoldakı dram teatrına bomba atdılar: orada yüzlərlə insan gizlənirdi
Rus işğalçıları Mariupolda uşaqlar da daxil olmaqla, yüzlərlə sakinin gizləndiyi dram teatrını məqsədyönlü şəkildə dağıdıblar. Ölənlərin sayı müəyyənləşdirilir.
Bu barədə Mariupol Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.
“Bu gün rus qoşunları Mariupolun mərkəzindəki dram teatrını məqsədyönlü şəkildə vəhşiliklə dağıdıblar. Təyyarə Mariupolun yüzlərlə dinc sakininin gizləndiyi binaya bomba atıb. Bu dəhşətli və qeyri-insani hərəkətin miqyasını hələ də qiymətləndirmək mümkün deyil. Çünki şəhərdə yaşayış məntəqələrinin atəşə tutulması davam edir”, – məlumatda deyilir.
Partlayışdan sonra dram teatrının mərkəzi hissəsi dağılıb, binada yerləşən bomba sığınacağına giriş dağıntılar altında qalıb.
Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Basta