Putinin xüsusi nümayəndəsi istefa verdi
Rusiya prezidenti Vladimir Putinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubays öz vəzifəsindən istefa verib. Çubaysın Rusiyanı tərk edərək, Türkiyəyə sığındığı bildirilir.
Məlumatı Putinin sözçüsü Dmitri Peskov təsdiqləyib.
“O, öz istəyi ilə istefa verib, Rusiyanı tərk edib-etməməsi onun şəxsi işidir”- deyə, Peskov RİA Novosti-yə bildirib.
Bundan Əvvəl rusiyalı oliqarx Roman Abramoviç Kremlə qarşı çıxaraq Çelsi futbol klubunu satışından əldə etdiyi gəliri Ukraynalı qaçqınlara yardım fonduna keçirəcəyini bəyan etmişdi. R.Abramoviçin də öz bahalı yaxtasını Avropa sahillərindən Türkiyənin Bodrum limanına gətirdiyi bildirilir.
Basta