Müsavat başqanı Brüsseldə Ukrayna ilə bağlı müzakirələrə qatıldı

Müsavat Partiyasının başqanı Arif Hacılı Brüsseldədir. O,  Avropa Liberal Demokrat İttifaqınının (ALDE) Ukrayna ilə bağlı müzakirələrində iştirak edir.

 

“Belçikanın paytaxtı Brüssel şəhərindəyəm. ALDE qrupuna daxil olan siyasi partiyaların iştirak etdiyi tədbirdə Ukrayna ilə bağlı olan məsələlər müzakirə olunur. Müzakirələr kifayət qədər səmərəli davam edir. Ukrayna ilə bağlı qətnamə qəbul olunub. Eyni zamanda, Ukrayna məsələsinin Avropada dəstəyini daha da artırmaq istiqamətində bir sıra təkliflər irəli sürülüb. Hal- hazırda bu təkliflər müzakirə olunur” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

 

Qeyd edək ki, ALD Avropa Parlamentinin ən böyük fraksiyalarından biridir.

 

 

Возможно, это изображение (5 человек и люди стоят)

 

Возможно, это изображение (6 человек, люди стоят и костюм)

 

Возможно, это изображение (12 человек и люди стоят)

 

Возможно, это изображение (5 человек)

Basta