Naxçıvanda hərbi hissə komandiri həbs edilib
Hərbi prokurorluq Naxçıvanda yerləşən hərbi hissələrdən birinin komandiri olan Samir Həziyevi həbs edib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, polkovnik Həziyev Azərbaycan Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə təqsirləndirilir. Bakı Hərbi Məhkəməsinin qərarı ilə o, həbs edilib. İstintaq davam edir.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi vəzifə səlahiyyətlərindən sui-istifadə etməyi nəzərdə tutur ki, bu da ağır nəticələrə səbəb olub. Prokurorluq bu ifadənin arxasında konkret nəyin gizləndiyini və polkovnikin konkret olaraq nə etdiyini demir.