Javelinlər, stingerlər, dronlar… ABŞ-dan Ukraynaya yeni silahlar gəlir – siyahı

ABŞ Stinger, Javelin və kamikadze dronlarının Ukraynaya təhvil verilməsini təsdiqləyib

 

Pentaqon artıq Ukraynaya daxil olan, eləcə də çatdırılacaq silahların siyahısını açıqlayıb.

 

 

ABŞ minlərlə Stinger və Javelin komplekslərinin, yüzlərlə “Switchblade” kamikadze dronlarının Rusiya Federasiyasına qarşı müharibədə müdafiə üçün Ukraynaya təhvil verilməsini təsdiqləyib.

 

Bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir.

 

Bundan əvvəl ABŞ-ın Ukraynaya daha 100 milyon dollarlıq dəstəyi təsdiqlənib.

 

Pentaqon artıq Ukraynaya daxil olan, eləcə də çatdırılacaq silahların siyahısını açıqlayıb:

 

1400-dən çox Stinger zenit sistemi,

5000-dən çox Javelin tank əleyhinə sistemi,
7000-dən çox digər tank əleyhinə sistemlər,
Yüzlərlə taktiki “SwitchBlade” dronları,
Artilleriya əleyhinə və pilotsuz uçuş sistemlərini izləmək üçün dörd radar,
Dörd minaatan əleyhinə radar sistemi,
Zirehli yüksək mobil çoxməqsədli təkərli maşınlar,
50 milyondan çox güllə,
45 min dəst zireh və dəbilqə,
Lazerlə idarə olunan raket sistemləri,
Puma pilotsuz uçuş sistemləri,
Gecə görmə cihazları, termal görüntü və rabitə sistemləri, optika,
Peyk görüntüləri xidmətləri.

 

Basta