Nəhayət ki, İran ona zərbələr endirən ölkənin adını çəkdi
İranın İsfahan şəhərindəki hərbi zavoda dron zərbələri endirilməsi ilə bağlı rəsmi Tehrandan hadisəni kimin törətməsi barədə ilk dəfə açıqlama verilib.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Birləşmiş MillətlərTəşkilatındakı daimi nümayəndəsi danışıb.
O, zərbələrə görə İsraili ittiham edib. Daimi nümayəndənin iddiasına görə, hərbi zavoda dron hücumlarını İsrail təşkil edib.
“İsfahanda İran Müdafiə Nazirliyinin zavoduna edilən hücuma görə məsuliyyət İsrailin üzərinə düşür”, – deyə İran rəsmisi bildirib.
Qeyd edək ki, bir neçə gün öncə İranın İsfahan şəhərində yerləşən hərbi zavoda, o cümlədən digər regionlarda yerləşən bir sıra hərbi obyektlərə PUA-lar vasitəsilə zərbələr endirilib.