Rusiya ordusunun 20 faizi məhv edilib
ABŞ Müdafiə Nazirliyi bildirir ki, Ukrayna ordusu düşmən qüvvələrinin təxminən 20%-ni məğlub edib. Buna rəğmən Rusiya Federasiyası Donbasda yeni hücuma başlamaq üçün qoşunlarını cəmləşdirir.
Bu haqda ABC News, adı açıqlanmayan Pentaqon rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiyanın ümumi itkiləri – hərbi, sursat və texnika daxil olmaqla – Ukraynanın işğalı üçün ayırdığı döyüş gücünün 15-20%-ni təşkil edir.
Rəsmi həmçinin bildirib ki, çıxarılan rus qoşunlarının bir hissəsi hazırda Rusiyanın Donbasın şimal-qərbindəki Belqorod və Valuyki şəhərlərinə doğru gedir.
Rəsmi bildirib ki, Rusiya həmçinin 60 mindən çox çağırışçı və ehtiyatda olan hərbçini səfərbər etməyi planlaşdırır.
Bundan sonra sonra ehtimal edilən hərəkət Donbasa aktiv hücum olacaq.
Basta