Azərbaycan ordusu Sərdarkənd istiqamətində irəliləyib – Ermənistan KİV

Qarabağın Əsgəran rayonunun Sərdarkənd kəndi 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan ordusunun müşahidə edə bildiyi məsafədə olub.  Bunu 24News-a müsahibəsində Sərdarkənd kəndinin icra başçısı Hayk Akopyan təsdiqləyib.

 

Bununla belə, o, qeyd edib ki,  Azərbaycan Silahlı Qüvvələri martın sonunda  Qarakolluq yüksəkliyi ilə yanaşı (Fərrux və Pirlər kəndləri),  Sərdarkənd istiqamətində də irəliləyib.

 

“Kəndə məxsus 100 hektara yaxın torpaq azərbaycanlıların müşahidə edə bildiyi məsafədə, 3 hektar ərazi isə azərbaycanlıların birbaşa nəzarətindədi. Buranı becərmək mümkün deyil,  azərbaycanlılar kənddən təxminən 3 kilometr aralıdadırlar”, – deyə, Akopyan  bildirib.

 

 

“Azərbaycan qüvvələrinin Sərdarkənd yaxınlığındakı təpədə cəmləşməsi gah artır, ya da azalır. Kənd təpənin arxasında yerləşir və oradan bütün kənd müşahidə olunmur. Amma elə torpaqlar var ki, azərbaycanlılar oranı görür və atəşə tuturlar”, – Hayk Akopyan 24News-a deyib.

 

Xankəndindəki separatçı rejimin informasiya qərargahı 24News-un yazısına  reaksiya verərək qeyd edib ki, Sərdarkənd kəndinin başçısının müsahibəsi yanlış şərhlərə səbəb olub.

 

“Azərbaycan qoşunları Qarakolluq yüksəkliyinin həmin hissəsində qalır, orada onların irəliləməsi martın 24-25-də dayandırılıb və bu hissə Sardarkənd də daxil olmaqla, bir neçə kəndə bitişikdir” – deyə,  İnformasiya Qərargahının bəyanatında deyilir. Başqa sözlə Qərargah Azərbaycan ordusunun irəliləməsinin indiyə yox, martın 24-nə aid olduğunu və dayandırıldığını qeyd edib.

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi martın 25-dən sonra ordumuzun geri çəkildiyi barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bildirib.

 

Basta