Müsavatçılardan Ukraynaya dəstək aksiyası – Video
Aprelin 17-də Müsavat Partiyasının bir qrup fəalı Ukraynanın Bakıdakı səfirliyinin binası önündə dəstək aksiyası keçirib. Aksiya iştirakçıları Rusiya işğalçıları ilə mübarizədə Ukrayna ordusuna uğur arzulayıb, bunun bütün azadlıqsevər xalqların qələbəsi olacağını ifadə ediblər.
Qeyd edək ki, fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. Fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” adı altında ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb.
Basta