Zəngilanda erməni diversant ələ keçirilib – DSX
Aprelin 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur edilmişlər.
Bu haqda Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi Məlumat yayıb.
Məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat şəraiti nəzarətdə saxlanılır.
Basta