Ukrayna ordusu Xersonda 8 yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib.

Bu haqda “Ukrainskaya pravda” qəzeti ordu Komandanlığına istinadən məlumat verib.

 

“Bizim bölmələrimiz müşahidə məntəqələrinin mövqelərindən Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa ediblər.

Posad-Pokrovskoye üzərində növbəti hücum üçün Kiselevka bölgəsində canlı qüvvə və texnikanın toplanması bölmələrimiz tərəfindən atəşə tutuldu. Düşmən xeyli itki verərək Çernobaevkaya doğru geri çəkildi” deyə, məlumatda bildirilir.

 

Məlumatına görə, aprelin 23-də Rusiya ordusu bu bölgədə ümumi itkiləri 74 hərbçi və 13 texnika, o cümlədən  2 tank, reaktiv yaylım atəş sistemi, 6 zirehli və mühəndis texnikası, 4 kəşfiyyatçı PUA itirib.

 

Basta