Müsavatda 25 yerli təşkilat hesabat-seçki yığıncağına hazırlaşır
Mayın 9-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda qərarların icrası müzakirə olunub. Partiyanın Laçın və Zərdab rayon təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqları haqda məlumat verilib. Daha 25 rayonda hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə təşkilat komitələri yaradıldığı qeyd edilib. Müsavatın nizamnaməsinə görə, hər bir rayon təkilatı iki ildə bir dəfədən aza olmayaraq hesabat seçki yığıncağı keçirməlidir. Pandemiya dövründə toplantıların keçirilməsi qadağan edildiyi üçün, bir sıra təşkilatlar hesabat-seçki iclaslarını təxirə salmalı olublar.
Rayonlarda zona müşavirələrinin başa çatdığı bildirilib.
Jurnalist Aytən Məmmədovanın hücuma məruz qalması ilə bağlı bəyanat qəbul edib. Bu hadisəni Azərbaycanda jurnalistlərə qarşı təzyiqlərin davamı və ölkədə kriminogen durumunun pisləşməsinin nəticəsi kimi qiymətləndirilib, Aytən Məmmədovaya qarşı hücum edən şəxsin məsuliyyətə cəlb olunması və bu barədə ictimaiyyətə məlumat verilməsi tələb edilib.
Olkədə və dünyada gedən siyasi proseslərlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın müstəqilliyinin bərpa edildiyi gün – 18 oktyabr iş günü olduğu halda, 9 mayın qeyri-iş günü olmaqla xüsusi bayram kimi qeyd edilməsinin əslində daha çox Kremlin diqtəsinə əsaslandığı qeyd edilib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta