Bakıda möhtəşəm aksiya

Bu gün fəallara və jurnalistlərə hücumlara etiraz aksiyasının təşkilatçılarının əksəriyyəti aksiya başlamadan öncə polis tərəfindən saxlanılıb.

 

Belə ki, Alı Əlizadə, Fuad Əhmədli, Əziz Məmiyev, Əlikram Xurşidov ve daha 15 nəfər saat 14:00-da (aksiya başlamadan bir saat öncə) saxlanılıblar.

 

Lakin Rüfət Səfərov saxlanılmayıb və aksiya iştirakçılarının arasında olub. Bununla belə, yürüş- aksiya baş tutub. Onlarla fəal çoxsaylı polis və jurnalistin müşayiətilə Fəvvarələr Meydanından Daxili İşlər Nazirliyinin binasına tərəf irəliləyib. Ancaq binaya 100 metr qalmış polis iştirakçıları ayırmağa başlayıb və onların hərəkəti davam etdirməsinə maneəçilik törədib.

 

Başqa bir qrup polisin əhatəsində Fəvvarələr meydanından Sahil metrosunadək yürüş edib. Hemin qrupda  Tofiq Yaqublu, Mustafa Hacıbəyli, Nigar Yaqublu, Rövşən Huseynov və diger fəallar olub.

 

Fatime Mölamlı, Fərid İmanov, Rüfət Səfərov, Zaur Əkbər, Bəxtiyar Hacıyev, Cavid Nebiyev,  Rəşad Axundov, Nizameli Süleymanov, Rövşən Hüseynov və digərləri xəsarət alıblar.