Ukrayna qalib oldu. Azərbaycanın səsi sayılmadı

 

İtaliyanin Turin şəhərində keçirilən 66-cı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

Lent.az xəbər verir ki, ümumilikdə 25 ölkənin vəsiqə qazandığı final mərhələsində 631 səslə Ukrayna (Kalush Orchestra – Stefania) bütün rəqiblərini qabaqlayaraq müsabiqənin qalibi olub.

 

Böyük Britaniya (Sam Ryder – Space Man) ikinci, İspaniya isə (Chanel – SloMo) üçüncü olub.

 

Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 səslə müsabiqədə 16-cı olub. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.

 

“Biz 12 səsi münsif heyəti olaraq, Ukraynaya vermişdik. Lakin texniki səbəbdən canlıya qoşula bilmədik və bizim 12 səs Ukraynaya verilmədi”.

 

Bunu Azərbaycanın münsiflər heyətinin səsini açıqlayan jurnalist Nərmin Salmanova İctimai TV-nin canlı yayımında deyib.