Müsavat başqanı: “14 may aksiyasının tələbləri yerinə yetirilməlidir”

“Jurnalist Aytən Məmmədovaya olan hücum ölkədə söz azadlığına qarşı təzyiq və təhdidlərin davamıdır.
Bu hadisə bir daha təsdiq etdi ki, Azərbaycanın mətbuat azadlığı indeksinə görə dünyada 154-cü yerdə olması təsadüfi deyil”.

 

Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

 

“Siyasi fəalların, jurnalistlərin 14 may tarixində keçirməyi planlaşdırdığı aksiyanın haqlı tələbləri yerinə yetirilməli, ölkədə söz və ifadə azadlığına qarşı təhdidlərə, siyasi fəalların təqib olunmasına son qoyulmalıdır” – deyə, Arif Hacılı vurğulayıb.

 

Basta