Müsavat Divanının gündəliyi
İyulun 17-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə qərarların icrası və görülən işlər barədə məlumat dinlənilib.
Qarabağda son durum və sülh danışıqlarının növbəti mərhələsi müzakirə olunub. Qeyd edilib ki, işğaldan azad olunmuş əraziıərdə torpaqların böyük hissəsi oliqarxların istifadəsinə verilib, hakimiyyət əhalinin öz dədə-baba yurduna qayıdışını əngəlləmək üçün bir sıra məhdudiyyətlər tətbiq edib.
Sülh danışıqlarında müəyyən razılıqların əldə olunduğu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etdiyi bir dövrdə Rusiyanın Azərbaycana qarşı tələblər irəli sürməsi pislənilib. Rəsmi Moskvanın bu mövqeyi sülhün əldə olunmasını əngəlləmək məqsədi güdən destruktiv mövqe kimi qiymətləndirilib.
Regionda və dünyada gedən siyasi proseslər, Ukrayna ordusunun əks hücumu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.