“Patriot” kompleksləri Ukraynaya gəlir

Mayın 19-da ABŞ Senatı Ukraynaya 40 milyard dollardan çox yeni hərbi və humanitar yardımın ayrılmasına səs verib.

 

“The Washington Post” qəzetinin məlumatına görə, qanun layihəsində ümumilikdə 20,1 milyard dollar hərbi yardım nəzərdə tutulur. Hərbi yardım çərçivəsində Ukrayna ABŞ-dan digər silah-sursatla yanaşı,  “Patriot” zenit-raket kompleksləri və uzaqmənzilli artilleriya sistemləri alacaq.

 

“Patriot” raket sistemi dünyanın ən effektiv Hava Hücumundan Mudafiə sistemi sayılır.  “Patriot” 1991-ci ildə baş vermiş Körfəz müharibəsi ərzində İraq tərəfindən atılan 40-a yaxın Skad ballistik raketini zərərsizləşdirməyi bacarıb.  23 sentyabr 2014-cü ildə İsrail hava məkanını pozan Suriya Hərbi Hava Qüvvələrinə məxsus Su-24 döyüş təyyarəsi İsrailə məxsus “Patriot” divizionu tərəfindən atəşlə məhv edilib.

 

Bu sistemlər Ukraynanın hava məkanını Rusiya raketlərindən və qırıcı təyyarələrindən qorumaq üçün nəzərdə tutulub.

 

 

Yardım paketinə  həmçinin Ukraynaya ümumi iqtisadi dəstək üçün 8 milyard dollardan çox, kənd təsərrüfatı böhranının səbəb olduğu potensial ərzaq çatışmazlığını həll etmək üçün 5 milyard dollara yaxın qlobal ərzaq yardımı və qaçqınlara 1 milyard dollardan çox dəstək daxildir.

 

Basta