Salyanda “Narkotikə yox” aksiyası

 

Mayın 19-da Salyan şəhərində “Narkotikə yox” şüarı ilə yürüş keçirilib.

 

Bir qrup yerli vətəndaş Salyanda son zamanlar narkotik vasitələri satanların sayının çoxalmasını iddia edərək, Salyan Şəhər İcra Hakimiyyətinə qədər yürüş təşkil ediblər.

 

Onlar bildiriblər ki, aidiyyatlı orqanlar narkotiklə mübarizə aparmalıdır. “Uşaqlarımız niyə məhv olsunlar? Rayonda narkomaniya çoxalıb. Açıq-aşkar alver gedir”, deyə aksiya iştirakçılarından biri bildirib.

 

Aksiya iştirakçıların qarşısına çıxan Salyan Rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərov bildirib ki, narkomaniya ilə bağlı dövlət səviyyəsində bütün tədbirlər görülür. “Əgər sizin hər hansı konkret məlumatınız varsa, öz təkliflərinizi verin. Biz də bu məlumatları araşdırmağa hazırıq”.

 

DİN-dən şərh almaq mümkün olmayıb.

 

Turan