Azərbaycan və Ermənistanda sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının tərkibi açıqlandı
Mayın 23-də Azərbaycan və Ermənistan iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradıldığını elan ediblər.
Baş nazirin müavini Şahin Mustafayev komissiyanın Azərbaycanda sədri təyin edilib.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, xarici işlər, daxili işlər, ekologiya, ədliyyə, kənd təsərrüfatı, müdafiə nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti , Xarici İşlər Nazirliyinin, Xarici Kəşfiyyat xidməti müavinləri, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavini”, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, prezident administrasiyasının Qanunvericilik şöbəsinin sektor müdiri komissiyanın üzvləri təyin edilib.
Dövlət Komissiyasının tərkibinə Ermənistanla həmsərhəd Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarının icra hakimiyyətlərinin başçıları da daxildir.
Ermənistanın Delimitasiya və Sərhəd Təhlükəsizliyi üzrə Dövlət Komissiyasına baş nazirin müavini Mher Qriqoryan rəhbərlik edir.
Komissiyanın tərkibinə xarici işlər nazirinin, müdafiə nazirinin, ədliyyə nazirinin, ərazi idarəetmə və infrastruktur nazirinin müavinləri daxildir.
Bundan başqa, komissiyanın tərkibinə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin, Kadastr Komitəsinin rəis müavinləri, Sərhəd Qoşunlarının komandanı, Milli Təhlükəsizlik Xidmətinin idarələrindən birinin rəisi, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini və Silahlı Qüvvələrin hərbi topoqrafik xidmətinin rəisi daxildir.
Turan