Rusiyanın 500-dən çox PUA-sı məhv edildi

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 29 600 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 315 ədəd tankı, 3 235 ədəd zirehli döyüş maşını, 617 ədəd artilleriya sistemi, 201 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 206 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 114 qanadlı raket, 2 225 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 502 ədəd dronu və 47 ədəd xüsusi texnikası məhv edilib.

 

Lent.az