Ermənistan ordusunun əsgəri ölkəsinə təhvil verildi

Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan ordusunun hərbi qulluqçusu Eduard Arturoviç Martirosov Ermənistana təhvil verilib.

Bu haqda mayın 26-da Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, ötən gün  Azərbaycan Əsir və Girovlar üzrə İnformasiya Mərkəzinin koordinatoru Əhməd Şahidov Martirosovun təhvil verilcəyini bildirmişdi. Martirosov aprelin 23-də Azərbaycanın dövlət sərhədini keçərkən Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbçiləri tərəfindən saxlanılıb.

 

Basta