Arif Hacılı Ukraynanın hakim partiyasının sədri ilə görüşdü
Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı Dublin şəhərində Ukraynanın Sluqa Naroda partiyasının sədri, Ukrayna parlamentinin üzvü Olena Şuliakla görüşüb.
Bu haqda özünün feysbuk səhifəsində məlumat yayan Arif Hacılı bildirib ki, o, ukraynalı həmkarını partiyanın ALDE-yə üzv qəbul edilməsi münasibəti ilə təbrik edib.
“Müsavat Partiyası ilə “Sluqa Naroda” partiyası arasında əməkdaşlıq perspektivləri barədə müzakirələrimiz oldu” – deyə Arif Hacılı bildirib.
Qeyd edək ki, prezident Zelenskinin təşəbbüsü və təşkilatçılığı ilə qurulmuş “Sluqa Naroda” Partiyası hazırda Ukrayna parlamentində üzvlərinin sayına görə əksəriyyət təşkil edir, Ukraynanın hakim partiyasıdır.
Basta