Müsavat başqanı Dublindən yazdı
İrlandiyanın paytaxtı Dublin şəhərində Avropa Liberallar və Demokratlar ALDE-nin növbəti konqresi işə başlayıb.
Bu haqda tədbirin iştirakçısı Arif Hacılı özünün feysbuk səhifəsində məlumat yayıb.
“Avropanın 40-dək ölkəsini təmsil edən partiya və dövlət xadimlərinin, Avropa Parlamenti üzvlərinin iştirak etdiyi konqresdə postpandemiya dövrü, Ukrayna müharibəsi, enerji təhlükəsizliyi, Avropanın gələcəyi və dıgər mövzularda müzakirələr aparılır.
Burada təşkil olunan Azərbaycan, Gürcüstan və Ermənistan siyasi partiyaları rəhbərlərinin dəyirmi masasında Ukrayna müharibəsi ilə əlaqədar yaranmış yeni siyasi şəraitdə Cənubi Qafqaz Respublikalarında mövcud vəziyyət və perspektivlər barədə ilkin müzakirələr apardıq.
Konqres və digər tədbirlərimiz iyunun 4 dək davam edəcək” – deyə Müsavat başqanı bildirib.
Basta