Ermənistanda toqquşmalar: 34 polis və 16 etirazçı xəstəxanalıq oldu

İyunun 3-də Ermənistan paytaxtı Yerevanda müxalifətin etiraz aksiyası qarşıdurmaya səbəb olub.

Ermənistan Daxili İşlər Nazirlinin yaydığı məlumata görə, itaətsizlik aksiyasının təşkilatçıları polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı zorakılıq tətbiq edib, həmçinin polis əməkdaşlarına şüşə, daş və metal əşyalar atıblar.

Hadisə nəticəsində saat 23:00-a olan məlumata görə, 34 polis əməkdaşı və 16 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə müxtəlif tibb müəssisələrinə çatdırılıb. 11 nəfər saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, Ermənistanın rusiyayönümlü müxalifəti Paşinyan hakimiyyətinin Azarbaycanla apardığı sülh danışıqlarına etiraz olaraq fasiləsiz itaətsizlik aksiyaları keçirir.

 

Basta