“RİA Novosti” Azərbaycanda bloklandı – FOTO/VİDEO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iyunun 4-də bəyanat yayaraq, RİA-Novosti agentliyinin saytının bloklanmasının səbəbi kimi Azərbaycana qarşı böhtan xarakterli materialların yayılmasını göstərib.

“RİA Novosti “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozub, internet-resursda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yayıb”, deyə Nazirliyin məlumatında bildirilir.

 

***

Rusiyanın “RİA Novosti” xəbər agentiliyi Azərbaycan Respublikasında bloklanıb.

Oxu.Az xəbər verir ki, ölkə ərazisində sözügedən agentliyin saytına girmək mümkün deyil.

Zaman-zaman Azərbaycana qarşı qərəzli informasiyalar və təxribat xarakterli məlumatların yayımlandığı agentlikdə bu gün bu səpkidə daha bir neçə xəbər çap edilib.

Qeyd edək ki, saytın bloklanmasının səbəblərindən biri kimi qondarma, mövcud olmayan “DQR”lə bağlı xəbərlərin yayılması ehtimal olunur.