Müsavat başqanı və onun müavini İrlandiya baş nazirinin verdiyi ziyafətdə iştirak ediblər
Müsavat Partiyasının başqanı Arif Hacılı və onun müavini Səxavət Soltanlı İrlandiyanın baş naziri Mişel Martinin verdiyi ziyafətdə iştirak ediblər.
Bu haqda özünün feysbuk səhifəsində yazan Səxavət Soltanlı qeyd edib ki, Avropa Liberallar və Demokratlar İttifaqı (ALDE) Konqresinin dünənki iş gününün sonunda İrlandiya höküməti Dublindəki “Guinness Storehouse” da tədbir iştirakçılarına ziyafət verib.
“Tədbirdə İrlandiya hökümət nümayəndələri geniş tərkibdə və yüksək səviyyədə iştirak edirdi. Qonaqlıqda İrlandiyanın Baş naziri cənab Mişel Martinlə də görüşüb söhbət etmək imkanımız oldu. Yüksək qarşılamaya və təşkilatçılığa görə Müsavat Partiyası adından təşəkkürümüzü çatdırdıq” – deyə, Müsavat yetkilisi əlavə edib.
ALDE qrupu Avropa Parlamentinin ən böyük fraksiyalarından biridir. Qrup Avropa Parlamentində 100 deputatla təmsil olunur. Qrupa 43 ölkədən olan siyasi partiyalar daxildir. Müsavat Partiyası 2007-ci ildən ALDE-nin üzvüdür.
Basta