Kür-Ağzı sakinləri: “Ölümüzü dəfn etməyə qayıqla aparırıq , gəlinimizi qayıqla gətiririk”

“Dövlətdən istəyimiz həm özümüz üçün, həm də, dövlətimiz üçündür. Adanı bu ərazidə torpaqdan ayıran Kür çayının kiçik bir qoludur. Duzlu suyun şirin suya qarışdığı yer dar keçid təşkil edir. Dənizdən qalxan xəzri küləyi duzlu suları bu ərazidən çaya daxil edir. Xəzrinin surəti qalxdıqca Kürün duzlaşması bu istiqamətdən daha sürətlə gedir. Təklifimiz budur ki, burada bir bənd tikilsin. Metal və beton konstruksiyalardan ibarət tikilməsi vacib olan bu bənd həm də, adaya körpü rolunu oynayacaq. Üstəlik bu keçiddən infrastruktur üçün bütün vasitələri adaya ötürmək mümkün olacaq. Təbii ki, bu bir təklif və problemlərimizin həlli üçün dövlətdən istəyimizdir”, -problemlərinin həlli yollarını tapmaq üçün çox düşündüyü hiss olunan sakinlərdən biri belə deyir.

Neftçaladakı Kür-Ağzı Çəki(Karp)-Balıq artırma məntəqəsi deyəsən dövlətin yadından çıxıb. Bir zamanlar ölkənin balıq ehtiyatlarını təmin edən bu zavodun unudulması isə sonradan adanın yaşayış məntəqəsinə çevrilməsi gerçəyini dəyişə bilməz.

Belediyye.netin məlumatına görə, vaxtıilə 150 ailənin yaşadığı adada hazırda 17 ailə yaşayır. Sovet dövründə xüsusi diqqət mərkəzində olan “Çəki (karp)balığının Artırılması Məntəqəsi” üçün salınan sünii ada həm də, yaşayış məntəqəsinə çevrilib.

Hazırda isə ada sakinlərinin sosial problemləri aşıb-daşır. Aqdada işsizlık baş alıb gedir. 2013-cü ildə Kürün daşması ilə əlaqədar adanı su basır. Evlər su altında qalır. Əhali müvəqqəti köçürülür, Kürün suyu azalandan sonra isə sakinlərin bir qismi qayıdıb evlərini bərpa edirlər. Deyilənə görə onlara Şirvanlı ərazisində torpaq verilib. Ancaq dəqiqləşdirilmə aparılmayıb ki, kimə nə verilib. Yəni bu məsələ də, kağız üstündə qalıb.

“Ölümüzü qayıqla aparırıq dəfn etməyə, gəlinimizi qayıqla gətiririk”, belə deyir Kür-Ağzı sakinləri.

Kürdə duzlaşma başladığı zamanlar bu adanın sakinləri üçün su çəni qoyulur. Ancaq çən ada ilə quru sahəni ayıran çay qolunun bu biri tayında qoyulur. Bu da insanların vəziyyətinin yaxşılaşmasına kömək etmir. İnsanlar su götümək üçün qayıqla çayı keçərək bu taya gəlib-qayıdır.

“Vaxtilə çəki balığı artırma məntəqələrinin istifadəsində olan norhurluqlar var idi, indi də qalır. Nə zaman ki, Kürün suyunun duzu azalır, xüsusi motorlarla bu nohurluqlara su yığırıq ki, Kür duzlaşanda heyvanlarımızın içməyə suyu olsun. Oz hesabımıza şunur, motor, nasos almışıq, bunun dövlətə heç bir aidiyyatı yoxdur. Di gəl ki, bələdiyyə deyir: “Əgər sizdən soruşsalar bunları sizə kim alıb, deyin bələdiyyə”.

“Heyvandarlıqla da normal məşğul ola bilmədiyimizə görə, dolanışığımız əsasən balıqçılıqdan çıxır. Apreldən noyabra qədər balıq ovuna qadağa qoyulur. Su polisinin, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi nəzarəti var. Ancaq yüksək məbləğdə rüşvət versən ovlamaya icazə veririlər”, -sakin söhbətinə belə davam edir.

“Dövlətdən istəyimiz həm özümüz üçün, həm də, dövlətimiz üçündür.

-Adanı bu ərazidə torpaqdan ayıran Kür çayının kiçik bir qoludur. Duzlu suyun şirin suya qarışdığı yer dar keçid təşkil edir. Dənizdən qalxan xəzri küləyi duzlu suları bu ərazidən çaya daxil edir. Xəzrinin surəti qalxdıqca Kürün duzlaşması bu istiqamətdən daha sürətlə gedir. Təklifimiz budur ki, burada bir bənd tikilsin. Metal və beton konstruksiyalardan ibarət tikilməsi vacib olan bu bənd həm də, adaya körpü rolunu oynayacaq. Üstəlik bu keçiddən infrastruktur üçün bütün vasitələri adaya ötürmək mümkün olacaq. Təbii ki, bu bir təklif və problemlərimizin həlli üçün dövlətdən istəyimizdir”, -problemlərinin həlli yollarını tapmaq üçün çox düşündüyü hiss olunan sakinlərdən biri belə deyir.

“Vəziyyətimiz ortadadır. Dolanışıq yox, iş yox. Üstəlik hansısa məmur, bir yol taparaq qoyun sürüsünü gətirib adaya salıb. Öz heyvanımız yem tapmadığı vaxtda bir tərəfdən də, buranın sakini olmayanların heyvanı heyvanımızın otlaq sahəsinə vay çəkir. Buna görə də, ölan-qalan ruzimiz əlimizdən çıxır”, -başqa bir Kür-Ağzı sakini belə deyir.

Kür- Ağzı adasında balıqartırma zavodunun fəaliyyət göstərdiyi dövrdə elektrik çəkilib. Sakinlərin hazırda istifadə etdiyi də həmin xəttlərdir. Adada nə telefon var, nə yanar qaz, nə də şirin su.

Kür duzlaşanda ətraf duzlu sulara qərq olur. İnsanların bu zaman vəziyyətini təsəvvür etmək üçün yuxarıda sadaladığımız məsələlərə bir daha diqqət yetirmək kifayətdir.

Dövlətin belə strateji əhəmiyyətli bir məntəqəni gözdən çıxarması, ada sakinlərini dövlət dəstəyindən məhrum etməsi isə yolverilməzdir.

 

Basta2.com